Saatlı rayonunda icra başçısını hesaba sayan yoxdur – jurnalist ölümlə hədələndi
- 28-07-2018, 16:59
- 2 267
Qaynatasının vəzifəli şəxs olmasından istifadə edərək vergidən yayınma və əmək müqaviləsi olmadan qanunsuz olaraq 3 şəxsi əmək hüquqlarını kobud şəkildə pozmaqdadır. Jurnalistin verilən məlumatlar üzrə apardığı araşdırma zamanı Nəsir adlı məmurun zəng etməsi ilə şok məsələlərin üstü açılıb. Beləki, Nəsir olduğun iddia edən şəxs (050301…. nömrə ilə zəng açılıb) jurnalistə hədə-qorxu gəldikdən sonra Saatlı rayon icra başçısının da ona söz demək huququnun olmadığını vurğulayıb. Şok iddialarla çıxış edən Nəsir əslində Surmuru müdafiə etdiyini unudaraq rayon rəhbərlərini “ağ sürüb qara sərdi”. İcra başçısının birinci müavini İlham müəllimlə əlaqə saxlayan jurnalistə baş verənlərləbağlı onu məlumatlandırıb. Artıq məsələ ilə bağlı məlumatlı olan icra hakimiyyəti tərəfindən araşdırma aparılıb nəticəsi barədə məlumat veriləcəyi qeyd edilmişdir. Amma bir həftə keçməsinə baxmayaraq telefon vasitəsi ilə hədə-qorxu gələn şəxsin bildirdiyi kimi RİH-nin səlahiyyəti göründüyü qədər çatmayıb ki, qanunsuz obyektin fəaliyyətini dayandırsınlar. Aldığımız məlumata görə hətta əraziyə polisdə gələrək şikayət olduğunu qeyd edərək zəbt edilmiş ərazinin boşaldılmasını bildirib. Amma dövlət qurumlarının etdiyi xəbərdarlığa baxmayaraq 7-8 gündür ki işbazlar ərazini boşaltmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi ilə əlaqə saxlamağa cəhd etdik amma cədlərimiz boşa çıxdı. Cəhdimizin boşaçıxması isə ETSN rəsmi saytında idarələrin nömrəsi deyil kimlərinsə mənzil nömrələri qeyd edilmişdir. Bu səbəbdəndə bölgələrdə ekologiya idarələri ilə əlaqə müşkül məsələyə çevrilmişdir.
Mövzuya yenidən qayıdacağıq. İlkin məlumatları sizlərə təqdim etdik.