Rövşən Bağırov Lerik fermerlərinin qəsdin durub
- 9-07-2018, 10:23
- 1 676
Taxıl yığımı ilə bağlı yaranan problemlə bağlı Lerik rayon sakinlərindən Gununsesi.info-ya daxil olan məlumat yuxarıda dediklərimizi bir daha sübut edir.
Belə ki, Lerikin Vistən, Birkandul, Rəzəvul, Nüvədi və digər kənd sakinləri taxılbiçən kombaynlarının olmaması nəticəsində əkinlərini yığa bilməməsindən və taxıl əkin sahələrində məhv olmasından ciddi narahatçılıq keçirdiklərini dilə gətiriblər.
Adı çəkilən kənd sakinləri yaranmış vəziyyətlə bağlı Lerik Rayon İcra Hakimiyyətinə, rayon kənd təsərrüfatı idarəsinə, yerli icra nümayəndəsinə, bələdiyyə rəhbərliyinə dəfələrlə etdikləri müraciətlər isə nəticəsiz qalıb.
Lerik RİH və aidiyyatı orqanları texnika həddən ziyadə az olduğundan kəndiçələrə yardım edə bilməyəcəkləri cavabını veriblər.
Yerli icra hakimiyyəti orqanlarından nəticə olmadığından problemin tezliklə aradan qaldırılması məqsədi ilə bir qrup kənd sakinləri iyulun 5-də məcburiyyət qarşısında qalaraq Prezident Administrasiyasına müraciət ünvanlayıblar.
Problemlə bağlı Gununsesi.info olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovla əlaqə saxlanılıb. O, bildirib ki, vəziyyəti öyrənib geniş məlumat verəcəyini desə də, ondan xəbər çıxmır. İki gündür ki, onunla əlaqələrimiz də nəticə vermir.
Vaxt isə gedir. Hər səhəri ümidlə açan Lerik kəndlərinin əhalisi bu, dərdlərinə əlac edə biləcək və məhsullarını əkin sahələrindən yığmağa yardımçı olacaq bir şad xəbər gözləyirlər. Gözləri yollara dikilən məyus vəziyyətə düşən kəndçilərin ümid işığı isə getdikcə sönməkdədir. Onlar deyir ki, əgər bir neçə gün ərzində dərdimizə əlac tapılmazsa, o zaman sahələrdəki taxıl tamamilə məhv olacaq və məhsul ələ gəlməyəcək. Bir yandan dağ rayonu olan Lerikdə havaların isti keçməsi, digər tərəfdən heyvanların əkin sahələrinə ziyan vurması məhsulu məhv edir. Odur ki, aidiyyatı qurumlar təcili olaraq bizə yardım edib, gözümüzü dikdiyimiz qış azuqəmizin və ehtiyatımızın sahələrdən tezliklə yığılmasına bir çarə qılsınlar.
Bir daha qeyd edirik ki, bu vəziyyət təkcə Lerikdə deyil, respublkanın digər rayonlarında da müşahidə olunmaqdadır.