Qəbələ rayonunda qeyri-adi ÖZBAŞINALIQ - Göl özəlləşdirilib...

Bölgə

Qəbələdə istirahətə gedənlər rayondakı Nohur gölə buraxılmır.

Bu barədə məlumatı Cebhe.info-ya Qəbələdə istirahətə gedənlər verib.

Onlar iddia edir ki, gölə giriş qadağan olunub. Şikayətçilər bildirib ki, gölə buraxılmamalarının səbəbini soruşduqda bəsit cavablar verərək sualdan yayınmağa çalışıblar: "Qəbələdə istirahət edirdik. Nohur gölün ətrafında dincəlmək istədik. Amma bizi əraziyə buraxmadılar. İnsanları nə Nohur gölünə, nə də Yeddi Gözəl adlanan şəlaləyə buraxdılar. Səbəb kimi isə dedilər ki, ərazi özəlləşdirilib".

Şikayətçilər onu da qeyd ediblər ki, göl və şəlalə istiqamətindəki yollar da bərbad vəziyyətdədir.