Biləsuvarda dəhşətli mənzərə: Xəstəxanada bir həftədir su yoxdur
- 8-06-2018, 09:13
- 1 624
Avropa.info-nun əldə etdiyi məlumata görə, xəstəxanada və doğum şöbəsində dəhşətli mənzərə yaranıb.
Xəstəxanadan bizə bildiriblər ki, baş həkim tibb müəssisəsinində müalicə alan xəstələrə deyib ki, yaxınları onlar üçün evdən bidonlarla içməli su gətirsin.
Onu da bildirdilər ki, xəstəxanada suyun kəsilməsinə səbəb “Azərsu” ASC-ya supulu borcunun indiyədək ödənilməməsidir. Məlumatı verənlər qeyd edirlər ki, kommunal xidmətlərə görə xəstəxanaya vəsait çoxdan ödənilib. Amma müəmmalı səbəblərdən xəstəxana rəhbərliyi bu vəsaiti ödəməyib. Beləliklə, xəstəxanada bu şəkildə acınacaqlı vəziyyət yaranıb.