İcra başçısı qadın müavin təyin etdi

Bölgə

Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.

O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.