Prezidentə yalan danışan sahibkarın işi araşdırılması üçün Prokurorluğa göndərildi - VİDEO
- 7-06-2018, 10:26
- 1 635
Bu barədə AzFakt.com-a İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun imzası ilə ünvanlanan məktubda deyilir.
Qeyd edək ki, məlum konfransda "Qara inək fermer təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadə çıxış edərək 2016-cı ilin aprel döyüşlərində ermənilərin müəssisənin fermasına atdığı mərmilər nəticəsində dövlət tərəfindən dotasiya ilə alınmış 200 xarici sort inəyinin öldüyünü bildirmişdi. Ancaq araşdırmamız zamanı məlum oldu ki, həmin hadisələr zamanı Fuad Əyyubzadə Azərtac-a və eləcə də ölkənin digər informasiya agentliklərinə açıqlama verərək hadisə nəticəsində fermada 12 baş inəyin öldüyünü deyib.
Araşdırmamızdan sonra F. Əyyubzadə elektron poçtumuza göndərdiyi mövqeyi isə daha ilgincdir. Belə ki, F. Əyyubzadə həmin hadisələr zamanı 170-ə yaxın inəyin kantuziya aldığını və buna görə də kəskiyə göndərildiyini qeyd edib.
Xatırladaq ki, bu məsələyə görə, "Qara inək fermer təsərrüfatı" MMC-nin dövlətə olan 423,188 min manat məbləğində borcu silinib.
Növbəti saylarımızda Ağdam rayon Prokurorluğunun baş verən maxinasiya ilə bağlı hüquqi araşdırmasının nəticəsini oxucularımıza təqdim edəcəyik.