Novruz Novruzova cinayət işi açıla bilər - İDDİA
- 1-06-2018, 16:48
- 1 916
Mənbənin söylədikləri: "N.Novruzov konkret olaraq büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsində ittiham olunur və söhbət təxminən 750 min manat puldan gedir. İndi başçı həmin vəsaiti geri qaytara bilməsi üçün toparlanır. Amma məsələ beləmi qalacaq? Ona toxunmayacaqlarmı? Bunu artıq zaman göstərəcək".
Mənbə iddia edir ki, hətta başçının həbsi belə gözləniləndir. Dia.az-a deyilənlər: "Əgər hansısa nazirin qoluna qandal vurlursa, kabinetində təpiklənə-təpiklənə aparılırsa, hansısa icra başçısını nədən bu şəkildə həbsə atmasınlar? Hər şey mümkündür və Novruzovun durumu olduqca gərgindir".
Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləyin. Əlavə məlumat öyrənib, təqdim edəcəyik...
DİA.AZ