GDU-nu da o idarə edir... - İDDİA
- 1-06-2018, 13:16
- 1 746
Bu barədə yazan mənbə bildirir ki, ona görə də barəsində məlumatlar açıqlanan Əliqulu Quliyev yenidən kafedra müdiri seçilməsi üçün təhsil nazirliyinə yox, üz tutub Gəncə icra hakimiyyətinə - Elmar Vəliyevin qəbuluna.
Mənbə yazır: "İki gündür Əliqulu Quliyev Elmar Vəliyevin qəbuluna gedir, çünki bu 82 yaşında kafedra müdiri olmaq istəyir. Yusif müəllim ona deyib ki, gənclər seçilməlidir bu işə. Sizin yaşınız çoxdur. İndi Elmar Vəliyevin vasitəsi ilə rektora təzyiq göstərmək istəyir. Rektor da bundan qorxur".
Xatırladırıq ki, GDU-nun və ümumiyyətlə, Gəncədəki digər ali təhsil ocaqlarının da yönəldilməsi uğrunda hələ TN ilə Gəncə ŞİH arasında rəqabət Mikayıl Cabbarovun vaxtından gedir. İndi isə görünəni odur ki, yeni təhsil naziri də Elmar Vəliyevin təhsil sisteminə müdaxiləsini əngəlləyə bilməyib.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...