QUBA RAYONUNUN TƏHSİL KRALI TƏNQİDDƏN RUHLANIR
- 25-05-2018, 15:43
- 2 729
İnformasiya mənbəyimizin verdiyi məlumata görə, Rüfətin ideyası ilə 2600 müəllimdən və 2500 texniki işçidən Qızıl Aypara adı ilə rəsmi cədvəllə,hər birindən 3 manatdan pul toplayıblar Sonra müəllimləri məcbur ediblər ki,pulu könüllü ödəmələri barədə ərizə yazsınlar. Rüfət, bu cinayətini rayon icra hakimiyyəti başcısının və təhsil nazirliyinin şifahi ğöstərişləri ilə edildiyini, israrla iddia edir.
Bundan əlavə, rayon üzrə hər müəllimdən 15- 20 manat qəzet pulu adı ilə pul yığılaraq mənimsənilir.
Rüfətin rüşvətxorluq sistemlərinin tətbiq edilməsinə başı elə qarışıb ki,təhsil sisteminin real idarə edilməsi, artıq onun üçün əhəmiyyətini itirmişdir. O,köhnə illərdə attestat ala bilməyən 221 nəfər məzunun saxta imtahan keçirməklə ciblətinin ,hər birindən 1000 (bir min) manat məbləğində rüşvət almaqla təmizlənməsi əməliyyatını "professional" şəkildə həyata keçirməklə,bu sahədə yeni "mərhələ"nin əsasını qoymuşdur. "Əməliyyat" 19 may 2018-ci ildə reallaşdırılmışdır. Yəni, izlər hələ istidir.
Bizim üçün, ən acı maraq ondan ibarətdir ki,istər Azərbaycan Respublikası Təhsil Nazirliyinin, istərsə də Quba rayon icra hakimiyyətinin mətbuatı izləyən strukturları mövcuddur .Və bu-bədnam strukturların rəhbərləri Rüfət Hacıyev barədə yazdıqlarımızı oxumayıblarsa,onda maaşları nəyə görə verilir? Sonra da ,rüfətkimilərin mühüm vəzifə kreslosunda,qeyd etdiklərimizdən daha ağır hansı cinayətləri törətmələri tələb olunur ki,kreslo onlardan yaxasını qurtarsın?
Biz, redaksiya olaraq, belə hesab edirik ki, əvvəlki yazı ilə yeni yazını ümumiləşdirərək,aidiyyatı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verməklə, Quba camaatına yüksək səviyyədə xidmət etmiş olarıq.
BİA.AZ