Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır...
- 25-05-2018, 09:48
- 2 319
Rəcəb Babaşov əvvəllər Vergilər Nazirliyində işləyib və keçmiş VN rəhbəri Fazil Məmmədovun yaxın adamı kimi tanınan Babaşovun adı bir sıra vergi qalmaqallarında da hallanır. Qeyd edək ki, Rəcəb Babaşov məhz o vaxtda VN-dən Qazaxa getdi ki, onda artıq sözügedən nazirliyiə qarşı ittihamlar səslənməkdə idi. Hazırda isə yeni Vergilər Naziri Mikayıl Cabbarovun köhnə nazirliyin fəaliyyətini araşdırmağa başladığı da iddia olunur ki, Babaşovun da məhz bu faktlar üzrə silisə çəkiləcəyi istisna deyil.
Məlumatlı mənbə əlavə olaraq onu da bildirib ki, Babaşosun yerinə hazırda icra hakimiyyətində müavin postunu tutan şəxslərdən birinin təyinatı da gözlənilir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ