Beyləqan təhsilində müavinin və üç müfəttişin ”P” əməliyyatının aqibəti necə oldu?
- 9-05-2018, 09:45
- 1 429
Bu əsnada mətbuatda yayılan xəbərlərdə qeyd olunur ki, bu xoşagəlməz hal məhz şöbə müdirinin səhətində yaranmış problemlrdən dolayı məzuniyyətdə olduğu müddətdə baş verib. Yəni, şöbə müdirəsinin yoxluğundan istifadə edən Hüsaməddin Babayev məktəblərə “racon” kəsibmiş.
Bu əsnada CiaNews.info-un məlumatına görə, Hüsaməddin Babayev TŞ-nin üç müfəttişinə şəhər və kənd məktəblərini kütləvi yoxlamaq tapşırığını verib. Bu müvafiq göstərişə əsasən məktəblərdə yoxlamalara başlanıb. Yoxlamaların əsas məqsədi də məktəblərdən qanunsuz pul tələbi olub. Maraqlı məsələ ondadır ki, məktəb direktorları bu “yoxlamalara” iradlarını bildirməsələrdə, lakin öz aralarında bu yoxlamanı H. Babayevin “P əməliyyatı” adlandırıblar. Qeyd olunur ki, rayon ərazisində təxminən 53 məktəb fəaliyyət göstərir ki, həmin məktəblərin böyük əksəriyyəti əsasən böyük rəqəmlərlə “qiymətləndirilir”.
Sonolay.info olaraq Hüsəməddin Babayevin məktəblərdən pul yığıb, yığmamasının doğru və ya yalnış olmasını deyə bilmərik. Şöbə müdirinin məzuniyyətdə olması isə faktdır. Belə bir el məsəli də var ki, “od olmayan yerdən tüstü çıxmaz”. Hər halda H. Babayev beyləqan məktəblərinə elə “od” vurub ki, tüstüsü hər kəsin gözünü yaşardacaq qədər təsirli olub.
Artıq yaranmış vəziyyətlə bağlı müəllimlər arasında narazlıqların baş qaldırdığı deyilir. Bildirilir ki, tezliklə bu məsələyə səlahiyyətli vəzifəli şəxslər, elə şöbə müdiri özü də əncam qılmasa Beyləqan rayon təhsili uğurlarla yox, rüşvətin və korrupsiyanın tüğyan etdiyi bir sahəyə çevirilərək ad çıxaracaq.
P.S. Əldə etdiyimiz məlumatlara görə, şöbə müdirəsi məzuniyyətdən qayıdıb və işinin başındadır. Hesab edirik ki, yazılanlarla bağlı öz mövqeyini açıqlayacaqdır.
CiaNews.info