VƏTƏN UĞRUNDA...
- 7-05-2018, 12:47
- 1 559
Muzeyin direktoru Bəsti Məmmədova Böyük Vətən Müharibəsi veteranlarının əziz xatirəsinə təşkil olunmuş tədbirə görə öz minnətdarlığını bildirib. Azərbaycan Respublikası Əmək və Silalı Qüvvələri Veteranları şurasının Şabran Rayon təşkilatının rəhbəri Bəyəli Əliyev 1941-1945-ci illərdə xalqımızın keçdiyi əzablı müharibə günlərindən, eləcə də döyüşlərdə igidliklə vuruşan mərd oğullarımızın sücaətindən söz açaraq, məktəblilərə vətənpərvər ruhda böyümələrini, qəhrəmanlarımızın keçdikləri şərəfli ömür yolları haqda dərc edilən kitablar oxumalarını tövsiyə etdi.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov müharibə illərində Azərbaycan xalqının, göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, ordunun yanacaq və sürtkü materiallarına olan tələbatının təqribən 80 faizi ilə təmin etdiyini bildirib. Qeyd edib ki, Azərbaycandan 640000-dən çox soydaşımız Böyük Vətən Müharibəsində iştirak edib, onların yarısı döyüş bölgələrində həlak olub. Şabran rayonundan isə 4500 nəfər müharibəyə yollanıb, onlardan 1560 nəfəri qayıtmayıb. Rayon sakinlərindən 2 nəfər əsgəri rəşadətinə və hünərinə görə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.
Daha sonra 100 yaşlı Müharibə Veteranı Məmməd Əhmədov iştirak etdiyi Fin və Böyük Vətən Müharibəsindən olan xatirələrini tədbir iştirakçılarıyla bölüşüb. Gənclərə öz nəsihətlərini verərək ölkəmizin keçdiyi ağır günlərdən bəhs edib.
Tədbirdə iştirak edən partizan Məmmədağa Nəzirovun nəvəsi Məlahət Nəzirova ölkə rəhbərliyinin veteranlarımıza göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Görüşün sonunda 100 yaşlı Məmməd babayla xatirə şəkilləri çəkilib.
Nizam Həmidov
polis leytenantı
xalqxeber.az