Masallı təhsil şöbəsi hara baxır - Nazirlik bununla bağlı hansı qərar qəbul edəcək?
- 24-04-2018, 14:57
- 3 126
Bu gün toxunacağımız növbəti neqativ halın isə Masallı təhsil sistemində baş verən qanunsuz prosseslərlə bağlı olacaqdır. Beləki, kadr çatışmazlığı ilə əlaqədar illərdir problem yaşayan Azərbaycan təhsil sistemi son illər dahada böyük problemlərlə üzləşib ki, buda təhsilə aidiyyatı olmayan şəxslərin bu sistemdə hansısa yollarla şərait yaradılaraq vəsifə daşımasına və illərdir dövlət büdcəsindən ayrılan vəsaitdən bəhrələnməsinə gətirib çıxarçışdır. Dövlət büdcəsindən qanunsuz olaraq aldıqları müavinətlərin ümumillikdə hesablanarsa nə qədər yüksək məbləğin diqqətdən yayınması məlum olacaqdır.
Təhsilə adiyyatı olmayan şəxsləri təhsil ocaqlarından necə təmizləməli…?
Məsələyə yəqin ki, hörmətli Təhsil Naziri Ceyhun Bayramov biganə qalmayacağına ümid edirik. Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur. Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərə rast gəlmək olar ki, bunu Təhsil Nazirliyindən də etiraf edirlər. Amma nazirlikdə bildirirlər ki, sözügedən qurum tərəfindən saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmaddi araşdırmalar aparır.
Media da bununla bağlı Təhsil Nazirliyinə yardım olmaq məqsədi ilə yüksək araşdırmalar aparmaqdadır. Aldığımız məlumata görə, Masallı rayon Əli Beylərov adına Xıl kənd tam orta məktəbində müavin vəzifəsində çalışan Baxışov Əli Yusif oğlu ilə bağlı ilginc faktlar səsləndirilməkdədir. Verilən məlumata görə, Baxışov Əli Yusif oğlunun dil-ədəbiyyat müəllimi olduğun təsdiq edən diplomunun saxta olduğu bildirilir. Sonda qeyd edək ki, Baxışov Əli Yusif oğlu 15 ildi saxta diplomla müavin vəzifəsində çalışdığı iddia edilir.
Araşdırma davam eldir.
Yaxın müddətdə məsələ ilə bağlı geniş məlumat dərc ediləcəkdir.
Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.
BakuNews.Az