Tovuz Mərxəzi Xəstəxanasında rəzalət -VİDEO
- 17-04-2018, 11:46
- 1 526
Ancaq o vaxdan heç nə dəyişməyib
Tovuz rayon Mərkəzi Xətəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar.Bütün xidmətlər ödənişlidir. Hələ ağız burun əyən tibb bacılarını demirəm iki manat verməsən liftin qapısını açmırlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı Tovuz Mərkəzi Xəstəxanasında çoxdan funksionallığını itirib.
Azerinfo.az-a bu səhiyyə ocağı ilə şikayətlər və fakt olaraq videosüjetlər göndərilib.
Xəstənanın uşaq şöbəsində vətəndaşın necə süründürülməsi, get-gələ salınmasıı izləyə bilərsiz. Yəni ağ xalat daşıyanlar vətəndaşları bilərəkdən hakimiyyətə qarşı qoyduqlarınınb fərqində deyillərmi?
Ginekologiya şöbəsinin müdiri Rəna həkim rüşvəti qanuniləşdirib. Aborta görə açıq-aydın 50 manat tələb edir. Bunu artıq yerli prokurorluq araşdırmalıdı. Sübut kimi təqdim etdiyimiz videosüjetlər yetərlidir.