İSMAYILLIDA YENİDƏN ÜSYANIN TƏMƏLİ QOYULUR - VIDEOLAR
- 12-04-2018, 10:04
- 1 459
Onlardan nümunələri qeyd edirəm.1992-ci ildə Vətən torpaqlarını erməni işğalçılarından müdafiə edərkən şəhid olan Məmmədov Elşad Fazil oğlunun ailəsinin yaşadığı evi qazla təmin etmək istəmir.Həmin şəhidin ailəsindən icra başçısının adamları min manat pul tələb edir.İsmayıllı rayonunda Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi hesab olunan icra başçısı Mirdamət Sadıqov isə şəhid ailəsinin bu kiçik problemini həll etmək əvəzinə, tam əks mövqe tutub. Belə ki, İcra başçısı şəhidin həyat yoldaşı Mehparə Yelmar qızı Məmmədovanın müraciəti əsasında hazırlanmış tənqidi yazının mətbuatda dərcindən sonra bu ailənin problemini həll etmək əvəzinə şəhidin ailə üzvülərinə təzyiq etməyə və onlara qarşı şər-böhtan kampaniyasına başladılıb. ətraflı xəbər sılkasına toxunmaqla görə bilərsiz.https://xalqxeber.az/bolge/13676-mirdamet-sadiqov-min-manata-gore-shehid-ailesini-tehdid-edir-shkayet.html
Azərbaycanın hər yerində qazlaşma prosesi yekunlaşdığı vaxtda İsmayıllıda hələ də rayona yaxın olan kəndlərdə qaz yoxdur.İsmayıllının Sultankənd, Üştal, Qalagah kənd sakinləri ilə söhbətimizi və gördüklərimizi video çəkiliş vasitəsilə lentə aldıq. Realliq.org qeyd edir ki,kəndlərə qaz yanacağının verilməməsi insanları çətin duruma salıb. Məktəblərdə dərslərin keçirilməsində yaranan problem rayon rəhbərliyini narahat etmir.
Həmin kəndlərdə yaşayanların çoxsu qərbi azərbaycanıldı İcra hakimiyyətinə üz tutub dərdini deyən insanlara isə, Mirdaməd Sadıqov: “Ermənistandan gəlmisiz ora da qayıdın” – cavabı verib/
Hətta icra başçısı yerli camaata qarşı da təhqir və təziqlərə əl atır ,onları İndiki İqtidara qarşı, məxsus da Prezidentə qarşı müxalif durmasına çalışır .
Sonda qeyd edim ki, İsmayıllının icra başçısının Xeberman.com saytının rəhbərliyinə qarşı təziq , təhdid və təhqirinə biz bir sayt olaraq və mən bir jurnalist olaraq araşdırdığım faktlarımla cavab verəcəm. Bizi izləməyə davam edin.
Yerli sakinin dili ilə ətraflı təqdim edəcəyimiz videoda izləyə bilərsiz.
Xeberfakt.az