SİYƏZƏN RPŞ-NİN TƏŞKİLTAÇILĞI İLƏ MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
- 23-02-2018, 14:10
- 2 664
Tədbirdə çıxış edən RPŞ-nin rəis muavini, polis mayoru Qoşqar Kazımov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs aludəçiliyin, zərərli vərdişlərin fəsadlarından qurtula bilmir. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz müasir təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.
RİH nümayəndəsi Həsənağa Əliyev çıxışında əsrin bəlasına çevrilən narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib və belə tədbirlərin zəruriliyini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub-saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.
RPŞ-nin əməkdaşları polis baş leytenantı Fərahim Qasımov və polis leytenantı Kamran Muxtarov narkomaniyanın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər veriblər. Qeyd ediblər ki, hər bir məktəbli və yetkinlik yaşına çatan gənc pis vərdişlərlə məşğul olanlardan uzaq durmalıdır.
Sonra çıxış edənlər dini radikalizm mövzusunda məlumat veriblər.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdlərə hədiyyələr təqdim edərək onlara təhsillərində uğurlar arzulayıblar.
Nizam Həmidov
polis leytenantı