Mingəçevirlilər səbrsizliklə Prezident İlham Əliyevin yolunu gözləyirlər – Deyəcəkləri var…
- 5-02-2018, 10:26
- 1 681
Hətta onlar daha Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət etməkdən və dəfələrlə oraya gedib gəlməkdən də utanırlar. Baxmayaraq ki, utanmalı olan digər səlahiyyət sahiblərinin heç tükü də tərpənmir. Hələ özlərindən razı halda rahat və isti kreslolarına yayxanaraq istirahət edirlər. Bina sakinlərinin sözlərinə görə, hər dəfə 1-ci müavin İlham İsmayılov, o cümlədən şəhər təsrrüfatı üzrə müavin Məhluqə Cavadova (apardığımız kiçik bir araşadırma zamanı məlum oldu ki, bu müavinin şəhərdəki “nüfuzundan və iş bacarığı”ndan danışmaq isə ayrıca bir mövzudu) onlara kömək edəcəklərini deyiblər. Ancaq hazırkı reallıq odur ki, hər şey sözdə və sadəcə kağız üzərdindədir. Çünki nə binanın üstünə qoruyucu qır döşənib, nə də ki, dam örtüyü vurulub.
Baxmayaraq ki, ölkə başçısı cənab İlham Əliyev 22 sentyabr 2016-cı ildə “Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri” ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb. Bu zaman sual yaranır. Bəs hanı o pullar? Bu isə olduqca geniş bir araşdırma mövzusudur və pulların necə xərclənməsini aidiyyatı dövlət qurumları yəqin ki, lazım gələndə soracaqlar.
Ancaq Xətai küçəsinin sakinlərini bu an maraqlandıran və narahat edən tək məsələ havaların kəskin dəyişdiyi və kiçik çillənin bu oğlan çağında evlərində necə yaşaya biləcəkləridir. Ona görə də, ölkə başçısının yaxın günlərdə Mingəçevirə səfəri gözlənildiyindən sakinlərin yeganə ümid yeri prezident cənab İlham Əliyevdir. Onlar saytımız vasitəsi ilə öz dərdlərini ölkəmizin rəhbərinə çatdırmaq istəyirlər.Və cənab prezidentdən Mingəçevirdəki bu məmur biganəliyinə və qanun pozuntularına son qoyulması üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş edirlər.
P.S. Qeyd edək ki, daxil olan bu müraciətdən sonra Mingəçevirlə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu zaman çox maraqlı, əslində isə dövlət büdcəsinə ciddi şəkildə ziyan vuran bir sıra faktlar ortaya çıxdı. Məlum oldu ki, bundan əvvəlki İcra başçısı Mübariz Ağayevin vaxtında dam örtüyü yenicə dəyişdirilmiş çox sayda binanın dam örtükləri bir neçə aydan sonra təyin edilən yeni başçı Niyazi Bayramov tərəfindən təkrar sökdürülüb. Qırmızı rəngli dam örtükləri boz rəngli dam örtükləri ilə əvəz edilib. Bununla bağlı xeyli sayda foto və videofaktın olduğunu da vurğulamalıyıq.
Ona görə də bu mövzunu diqqətdə saxlayacağıq.