Əhəd Abıyevin qardaşı oğlu sahibkarlara pul atıb-ŞİKAYƏT
- 29-01-2018, 09:45
- 1 251
Ona görə də Azərbaycanda dövlət bu sahə qədər qədər qaranlıq, qapalı və korrupsiya mənbəyi olan ikinci bir sahə bəlkə də yoxdur.
Ən kiçik ranqlı məmurlar belə tender oyunlarından yararlanmağa çalışırlar.
Obyektiv.info-ya müraciət edən bir qrup ağdamlı sahibkar bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün 7 min dollar rüşvət veriblər. Rüşvəti alan isə Massallı İcra Hakimiyyətində başçının birinci müavini Nadir Abıyevin oğlu Səyab Abıyevdir.
Lakin pul verilsə də, üstündən xeyli müddət keçsə də Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.
Hazırda sahibkarlar Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinə və DTX-ya bu məsələ ilə ilə bağlı müraciət edəcəklərini bildiriblər.
Mövzuya qayıdacağıq.
Xalq.info