Xızının icra başçısı “zapravkası” olmayan rayonun problemini niyə həll etmir? - VİDEO
- 26-01-2018, 10:27
- 3 125
” Xızı kənd təsərrüfat rayonu olmaqla yanaşı, həm də istirahət məkanları ilə zəngin olan bir ərazi vahididir. Burada yancağa böyük tələbat var. Çox təəssüflər olsun ki, rayon rəhbərliyinin mənimlə apardığı əsassız çəkişmə ucbatından rayon əhalisi və bura gələn qonaqlar yancağı şəxsi həyətlərdən baha qiymətə almağa məcburdur. İndi hansı zəmanədir ki, həyətlərdə benzin satılsın? Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün mənim bütün müvafiq qanunu sənədlərim mövcuddur.
Hələ SSRİ dağılmamışdan, rəsmi sənədlə mənə aid olan torpaq sahəsi məhz yanacaqdoldurma məntəqəsinin inşası üçün ayrılıb. 2005-ci ildə Xızı rayon İcra Hakimiyyətinin bununla bağlı xüsusi sərəncamı var. Nəhayət 2010-cu ildə sənayə və energetika naziri Natiq Əliyev yanacaqdoldurma məntəqəsinin fəaliyyəti üçün 5 (beş) illik lisenziya verib. Bütün sənədlərin sürətini sizə təqdim edirəm. İndi qoy icra başçısı izah etsin ki, bu cür sənədləri olan adama niyə “zapravka” açmağa imkan vermir? Niyə, Xızı kimi rayonun əhalisini həyətlərdən baha qiymətə benzin almağa məcbur etdirir? İcra hakimiyyətinin mənə qarşı olan qərəzi bununla bitmir. Altıağac zonasında mən “Pırılanta” adlanan icməli su qablaşdırırdım. Həmin müəssisənin işləməsi həm də bir neçə ailə üçün iş yerinin açılması anlamına gəlirdi. Müxtəlif tələblər və bəhanələrlə mənim o müəssisəmin də fəaliyyət göstərməsinə icazə vermədilər. Cənab Prezidentimiz çıxışlarında yerlərdəki icra başçılarına əhali ilə nəzakətli davranmağı, xüsusilə də iş adamlarına fəaliyyət üçün şərait yaratmalarına dair göstərişlər verir. Mən çox xahiş edirəm ki, Xızı rayonu ilə bağlı bir araşdırma aparılsın. Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur”.
Səslənən ittihamlarla bağlı Xızı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.
Azinforum.az