“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb - Lənkəranda
- 4-01-2018, 12:15
- 1 404
“Qafqazinfo”ya adını açıqlamaq istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: "Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb".
Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb.
Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib.