Yevlax MERO-da bahalı nömrə bazarı:150 manatdan 4000 manatadək-SİYAHI
- 21-11-2017, 12:51
- 5 503
BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq. Bu gün redaksiyamıza 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub.
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.
Bilgi verən vətəındaşlar deyirlər ki, burada sürücülük vəsiqəsi ilə yanaşı nömrə alveri də gedir. Konkret olaraq hər nömrənin öz qiyməti var.
“Preyskurant” belədir:
09-099 və 66-066 nömrələri 1000 manat.
09-999 və 66-666 nömrələti seryasından aslı olaraq 3000-4000 manat.
Sonluğu 09- la başlayan nömrələrdə sonluğu 99- la bitən (məsələn 899) yaxud 66 -tı ilə bitən nömrələr (məsələn 766)- bunlar seriyasından asılı olaraq 300-500 manat.
Digər sadə nömrələr isə 150-170 manat arasında dəyişir.
Sürücülük vəsiqəsinin verilməsində isə qiymətlər stabildir, ötən aylardan fərqlənmir-900 manat.
Onu da bildirək ki, 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsindəki qanunsuzluqlar haqda mediada dəfələrlə yazılıb. Ciddi ittihamların yer aldığı və rəsmən təkzib olunmayan həmin məlumatları diqqətinizə çatdırırıq: "Vətəndaşlardan toplanan rüşvət pulları hesabına şöbə rəisi Elxan Əliyevin sərvətləri yüz minlərlə ölçülür. Dəyəri yüz minlərlə ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməsi qeyri-mümkündür. Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər. Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır”.
Obyektiv.info