Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər-VİDEO

Bölgə

Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatına rəhbərlik edən Anar Cəfərov partiyaya üzv olmaq üçün vətəndaşlardan rüşvət istəyir.

Bu barədə Neftçala rayon Bankə qəsəbəsinin sakini Dadaşov Mehman Yusif oğlu video-müraciətində bildirib.

Mehman Dadşovun bildirdiyinə görə YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov onun partiyaya üzv olmaq üçün müraciətinə baxmır və onu get-gələ salır. Vətəndaş bildirir ki, hakim partiyaya üzv qəbul olunmaq üçün ondan pul tələb edilir.

Neftçala rayon Bankə qəsəbəsinin sakini Dadaşov Mehman Yusif oğlunun video müraciətini oxucularımızın diqqətinə cəlb edirik:

MilliYo