Zərdab Şəhidlər Xiyabanından - ŞİKAYƏT
- 2-11-2017, 16:59
- 88 140
“Qapısının üstündə adının yazıldığı lövhə olmasa da, şəkillərini sizə çəkib göndərdiyim məkan şəhidlər xiyabanıdır. Bu qəbristanlığın nəinki qapısında, heç bir yerində “Şəhidlər Xiyabanı” yazısına rast gəlinmir. Şəkillərdən göründüyü kimi xiyabanın giriş qapısının qarşısına bənd qoyublar ki bu da giriş-çıxışı məhdudlaşdırır. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin qəbirləri bərbad gündədir. Xiyabanın əsaslı təmirə ehtiyacı var”,-deyə Zərdab sakini bildirib.
O deyib ki, xiyabanın ərazisi də bərbad gündədir: “Belə ki xiyabanın ərazisindəki bütün daş plitələr uçub sökülmüş haldadır”.