Lənkəranlı müəllim icra başçısına səsləndi - "Yoldan çay axır..."

Bölgə

Lənkəran rayonunun dağ kəndi Gəgiranda tarix müəllimi işləyən Həbib Əlizadəni ölkəmizdə sosial şəbəkə izləyicilərinin demək olar ki, çoxu tanıyır.

Faktxeber.com məlumat verir ki, gənc müəllim bu dəfə işlədiyi kəndin qonşuluğunda yerləşən və hər dəfə iş yerinə gedərkən istifadə etdiyi yolun sel sularının basması ilə təmami ilə yararsız hala düşməsini çəkərək sosial şəbəkələrdə paylaşıb. Həbib Əlizadə ümid edir ki, aidiyyatı qurumlar problemin həlli istiqamətində lazımi tədbirlər görəcəklər.