Füzulidə ehsan süfrələri: Sadə, israfsız, islami qaydalara uyğun - FOTOLAR
- 3-10-2017, 10:13
- 62 776
Əgər əvvəllər rayonda yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Son 4 ildə rayonda keçirilən yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilir. Nəticədə orta hesabla rayonda 4,5-5 milyon manat vəsaitə qənaət olunub ki, həmin vəsaiti də vətəndaşlar digər sosial problemlərinə sərf ediblər. Rayonda keçirilən yas mərasimlərinin sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilməsi ilə insanlara əvvəlki kimi maddi zərər dəymir, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işləri də yerinə yetirirlər.
Son 4 ildə rayonda keçirilən 1000-ə yaxın yas mərasimləri sadə islami qaydalara uyğun və israfçılıqdan kənar təşkil edilmişdir.