Sabirabada yeni baş həkim təyin olundu - ƏMR

Bölgə

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

Bundan əvvəl Sabirabad xəstəxananın baş həkim olmuş Əziz Mikayılov öz ərizəsi ilə işdən azad olunub. Bu vəzifəyə Quliyev Yusif Hüseyn oğlu təyinat alıb.

Y. Quliyev əvvəllər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra Bakıdakı 9 saylı poliklinikanın müdiri olub.