Göyçay Regional Nəqliyyat MMC-də korrupsiya baş alıb gedir - İTTİHAM VAR
- 4-02-2017, 12:54
- 1 965
Əhaliyə taksi, avtobus və yükdaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin fərqlənmə nişanının olub-olmamasını yoxlamaq biz MMC əməkdaşlarının yox, Dövlət başçısının müvafiq sərəncamı ilə Dövlət Yol Polisi əməkdaşları ilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin dövlət qulluqçusu olan əməkdaşları birgə yoxlamalı, müvafiq sənədləri və fərqlənmə nişanı olmayan sürücüləri bizim MMC-yə göndərməli, biz də həmin sürücüləri qanunauyğun şəkildə fərqlənmə nişanı ilə təmin etməliyik. Bizim MMC həmçinin sürücülərin tibbi, nəqliyyat vasitələrinin isə texniki müayinəsini həyata keçirib onlardan əldə edilən vəsaiti Dövlət büdcəsinə ödəməli olduğu halda həmin vəsaitin böyük bir hissəsi (təxminən 90 faizi) rəisin cibinə axır. Əgər rəis Seyfəl Hacıyevin belə qanunsuz hərəkətləri olmasa sürücülərin demək olar ki vergidən yayınma halına rast gəlinməz.
Biz Nəqliyyat Nazirliyinin tabeliyində olan 7 saylı Göyçay Regional Nəqliyyat Xidməti MMC-nin bu qanunsuz hərəkətlərinin toruna düşən sürücüləri xəbərdar edirik ki, bu cür qanunsuzluqla üzləşdikdə ilk növbədə onları saxladıb sənədini tələb edən əməkdaşın vəsəiqəsini tələb edib baxsın".
İlqar Məhərrəmli hüquq müdafiəçisi.