Cəlilabad təhsilini məhv edirlər - ŞİKAYƏT
- 11-09-2017, 09:42
- 38 767
Adətən hər hansı müəssisəyə rəhbər təyin edilərkən onun savadı, yaşı, təcrübəsi və qabiliyyəti nəzərə alınır. O ki, qaldı bu müəssisə təhsil ocağı ola və orada millətin gələcəyi həll oluna. Bizə təyin olunan direktor əvəzi isə tədris etdiyi xarici dildən anlayışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışları olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər müəllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyinatı bir daha göstərdi ki, onları məktəblərdə maraqlandıran təhsil yox, öz maraqlarıdır. Məktəbimizdə sinif otaqları çatmadığından öz vəsaitimiz hesabına qurub yaratdığımız sinifləri anormalcasına sökən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyişib. İllərdir məktəbdə yaranan nizamı pozaraq, intizam yaratdığını iddia edən direktor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarılarla bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlarından dəfələrlə RTŞ-yə müraciət olunsada tədbir görülmədiyini düşünsəkdə sonradan məlum oldu ki, onlarda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edilən müraciətə : bizlik bir şey yoxdur ,Bakıya qaldırın deyirlərmiş kimi cavab verdilər. Saytınız vasitəsilə sizdən xahiş edirik səsimizi aidiyatı orqanlara çatdıraraq düşdüyümüz müşkül durumdan bizi xilas etmələri üçün kömək edəsiniz .
Hörmətlə: Vasif Əkbərov
xalqxeber.az