Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq

Bölgə

Bu ilin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Bu barədə Prezident İlham Əliyevə iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq.

İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.