Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 1-05-2026, 15:25
- 3 179
Qonaqlar tədris prosesi, tələbələr və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.