Gəncə sakinləri etiraz edirlər -FOTO

Bölgə

Gəncədə uşaqların oynaması üçün nəzərdə tutulan ərazi icra hakimiyyəti tərəfindən satılıb.

Bu barədə Gəncə şəhər sakinləri şikayət edərək bildiriblər.

Onlar iddia edirlər ki, N.Nərimanov küçəsi, 2-ci döngə ünvanında, 3 binanın arasında uşaqların oynaması üçün nəzərdə tutulan sahəni icra hakimiyyəti nümayəndələri satıb: “Hazırda həmin ərazini alan şəxs ev inşa etməyi planlaşdırır. Bu isə o deməkdir ki, uşaqlarımız oynamağa boş ərazi tapmayacaq. Həmçinin binanın qarşısına giriş-çıxışda problemlər yaranacaq. Sakinlər avtomomobili saxlamağa yer tapmayacaq və s.

Əgər onların etirazına məhəl qoyulmasa, icra hakimiyyətinə yürüş etməyi planlaşdırırlar. Sakinlər probləmləri həll olunana qədər etirazlarını davam etdirəcəklərini deyiblər.





oxu.az