“Qarabağ” FK qazandığı tarixi qələbə Füzulidə də böyük sevinclə qarşılanıb
- 25-08-2017, 10:36
- 92 561
xalqxeber.az-a daxil olan məlumatda deyilir ki, füzulililər “Qarabağ”ın qazandığı tarixi zəfəri Prezident cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı kimi qiymətləndirilər. Bildirirlər ki, bütün sahələrdə olduğu kimi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman, ən əsası isə futbol inkişaf edir. Bunun bariz nümunəsi isə “Qarabağ” futbol klubunun son illər Avroliqada, ən nəhayət isə Danimarkanın Kopenhagen klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasıdır.
Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərinin həm də siyasi əhəmiyyəti vardır. Çünki “Qarabağ”ın bu zəfəri, milyonların izlədiyi Çempionlar Liqası kimi mötəbər futbol turnirində iştirakı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Ermənistana qarşı aparılan informasiya müharibəsinə də böyük töhfə verəcəkdir. Milyonların izlədiyi futbol Azərbaycan həqiqətlərinin, o cümlədən işğal altında olan torpaqlarımızın təbligi baxımından dünyaya mesaj olacaqdır.
Füzulililər inanırlar ki, “Qarabağ”ın futbol meydanında qazandığı tarixi qələbənin davamı olaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaqdır. Rayon sakinləri məhz bu inamla, bu ümidlə yaşayır və işləyirlər.