Xocalının daha bir kəndinə İLK KÖÇ oldu
- 13-09-2025, 11:57
- 1 842
İlk mərhələdə Seyidbəyli kəndinə 9 ailə olmaqla 30 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.