Şamaxı və Xızıda zəlzələ olub

Bölgə

 Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Xatırladaq ki, dünəndən Şamaxı Xızı rayonlarının ərazisində bir neçə yeraltı təkan qeydə alınıb.