Sabah Kəngərlidə bir neçə saat işıq olmayacaq
- 9-04-2025, 17:42
- 1 389
110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında aprelin 10-da ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.
Bu səbəbdən, sabah saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.