Naftalanda əlilə yalnız vəd verirlər... - İş reala gələndə isə...
- 14-08-2017, 09:25
- 61 642
Ancaq 6 ildir ki, əlil ona vəd olunan iaşə obyektini tikib dolanışığı təmin edə bilmir: "Başçının tapşırığı şifahi olduğundan ciddiyə alan yoxdur. 2011-ci ildən bu tərəfə heç mənə vəd olunan obyektin sənədlərini düzəldib başa çıxara bilməmişəm. Bu süründürməçiliyin adı nədir? Vətəndaşı ələ salmaq? Əlilin hisləriylə oynamaq?"
Vaxtilə Ağdam döyüşlərində ağır yaralanmış, bir neçə gün ölü zənn edilərək morqda saxlanılmış və xoş təsadüfdən qardaşı tərəfindən tapılaraq həyata qaytarılmış Seyfədddin Qarayevin sonrakı həyatı da ağır keçib. O, uzun müddət bədənindəki qəlpələrin təmizlənməsi üçün müxtəlif vaxtlarda cərrahiyyə masasına uzadılıb. Sonra isə sağlamlıq durumu fiziki işlə məşğul olmasına imkan verməyib. Çıxış yolunu bir iaşə obyekti açıb başını dolandırmaqda görüb.
Əlilin istəyi odur ki, başçı vaxtilə şifahi şəkildə verdiyi göstərişləri rəsmiləşdirsin.