Beyləqanda təhsil də əldən gedib... - İTTİHAM VAR
- 7-08-2017, 10:21
- 56 865
Yazmışdıq ki, X. Rüstəmova təkcə var-dövlət toplamaqla kifayətlənməmiş, oğullarına cəmiyyətdə layiq olmadıqları üstün mövqe və imtiyazlar qazandırmışdır. Və qazanmaqda davam edir.
Xəbərdarlıq etmişdik ki, X.Rüstəmovanın və qohumlarının, eləcə də onların reketçi əlaltılarının məcrasından çıxan əməlləri indi cilovlanmasa, sonra gec olacaq. Amma cilovlanmır.
Şərq kənd məktəbindən alman dili müəllimini Bahar qəsəbə məktəbinə göndərib. Şərq kənd məktəbində alman dili fənninin tədrisi nəzərdə tutulmasa da, RTŞ müdiri həmin məktəb üçün alman dili müəllimi üçün vakant yer göstərib.
Şəhər 6 saylı məktəbdə 2 ədəbiyyat müəllimi ola-ola, artıqlıq edəcək 3-cüsünü də göndərib. Əlbəttə, bütün bunlar X. Rüstəmovanın korrupsiya marağından, ehtiyac duyulmayan ştat və yarımştatları müəllimlərə məhz satmasından başqa heç nə ilə izah edilə bilməz. Təhsil Nazirliyi hələ keçən ilin aprel ayında Beyləqan RTŞ-də apardığı yoxlama nəticəsində haqqında bəhs etdiyimiz qanunsuzluqları (hətta biz yazmadıqlarımızı da) aşkarlamışdır. Həmin aşkarlanmış əyintilər barədə məlumatları TN-dən istəsək də, nazirlik rəsmi sorğumuza cavab verməmişdir. Bu isə şübhələnməyə əsas verir ki, yoxlama şəffaflıqdan uzaq olmuş, ictimai hesabatlılıq gözlənilməmişdir. Həm də nazirlik müdafiə etdiyi RTŞ müdirinin biz yyazdığımız tənqidə layiq olduğunun bir daha təsdiqlənməsinə vəsilə olmaq istəməmişdir. Redaksiya olaraq, İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsini rəhbər tutaraq jurnalist sorğusuna cavab verməyən təhsil naziri cənab Mikayıl Cabbarovun barəsində Bakı şəhər Prokurorluğuna şikayət etmək qərarına gəlmişik.
Təəssüf doğurucudur ki, aşkarladığı faktları – X. Rüstəmovanın qanunsuz işə götürdüyü müəllimlərin adlı siyahısını Prezident Administrasiyasına ünvanlasa da, Administrasiya da öz növbəsində həmin məlumatları araşdırmaq üçün “aidiyyəti üzrə” Beyləqan rayon İcra Hakimiyyətinə göndərib. Halbuki, həmin məlumatların bir daha araşdırılmasına deyil, təkzibedilməz olduqları üçün məhz müvafiq tədbirlər görülməsinə ehtiyac vardı. Heç şübhəsiz, RİH-də həmin məsələləri çözməyə deyil, ört-basdır edilməsinə çalışırlar.
Sonolay.org