Beyləqanda BÖYÜK YEYİNTİ - İTTİHAM VAR
- 4-08-2017, 11:18
- 93 033
Bu əsnada apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, şəhər stadionunun arxa tərəfi ilə rayon polis idarəsinin qarşısı arasında eni 2,5 metr, uzunu 100 metr olan yol nahiyəsinə üzlük daşı döşənib. Lakin kağız üzərində işin həcmi 650 kvadrat-metr göstərilib. Bundan başqa, şəhərin Sevil Qazıyeva küçəsi ilə mərkəzi xəstəxanaya aparan yola “əkilmiş” 22 ədəd işıq dirəyinin hər biri qiymətindən xeyli baha – hər biri 1270 manatdan hesablanıb. Şəhər icra nümayəndəliyinin gördüyü asfaltlama işləri də korrupsiyaya uğrayıb. Asfaltın qalınlığı hesabatda 7 sm göstərilsə də, faktiki olaraq köhnə, dağılmış asfaltın üstünə 3 sm döşənib. Qalan yarıdan çox asfaltın hər kvadrat-metrinə 22 manat silinən pulu mənimsənilib. İstehsalat prosesini əks etdirən sənədlər nəzərdən keçirilsə, yük maşınlarının reyslərinin yol qaimələri (putyovka), həmin reyslərə silinən yanacaq tutuşdurulsa asanlıqla görmək olar ki, inşa olunan yola hesabatlarda göstərilən qədər asfalt, qraviya daşınmayıb.
Bildirilir ki, Balakişiyev məhrəm məclislərdə bütün bu işdəycələrinə görə eyhamlar eşidəndə, “70 min manat başçıya vermişəm, bəs nə etməliyəm?” deyərək öz əməllərinə haqq qazandırmağa çalışır. Ancaq bəllidir ki, Balakişiyev “təyinatı üzrə və səmərəli” istifadə etdiyi maliyyə vəsaitinin heç də hamısını Abdullayevlə bölməyib, özünə də xeyli haram kapital saxlayıb. Elə malik olduğu var-dövlət, mülk-səltənət, Beyləqan şəhərində özü və yaxınları üçün qurub-yaratdığı çoxsaylı gəlirli obyektlər də məhz vaxtilə sədr kimi bələdiyyədən və sonra şəhər nümayəndəsi kimi dövlətdən çırpışdırdığı vəsait hesabına ərsəyə gəlib. Ümid edirik ki, aidiyyati qurumlar Balakişiyevin işinə baxacaqlar.
RealMedia.az