Şeyxin Qazaxdakı adamından xəbəri varmı? - Hər kəs yerini bilsə yaxşıdır...
- 31-01-2017, 12:10
- 1 936
Bu sırada ötən həftənin beşinci günü, yəni 27 yanvar 2017-ci ildə Qazax rayon Cümə Məscidinin imamı İlham Süleymanovun günorta namazına toplaşanlar qarşısında danışdıqları, bu gün də müəyyən çevrələrdə müzakirə olunmaqdadır.
Belə ki, o, günorta namazına toplaşan və təqribən 200 nəfərin olduğu kütlə qarşısında bildirir ki, “darıxmayın hər şey yaxşı olacaq” deməsi, çox keçmir ki, təkcə onun özünün məsciddə qalması ilə nəticələnir. Çünki, namaza toplaşanlar adı çəkilən məscidin imamı İlham Süleymanovdan dini mövzuda söhbətlər edəcəyini gözləsələr də, o, ölkəmizin ictimai həyatında baş verənlərə toxunur. Bu da o deməkdir ki, Qazax məscidinin axundu məscidin daxilində dinə deyil, daha çox siyasətə və iqtisadi problemlərin müzakirəsinə üstünlük verən şəxsdir.
Bəlkə də bir çoxlarına din xadiminin siyasətdən danışması normal , qəbahətsiz hal kimi görünə bilər. Amma belə deyil. Məhz bu gün regonumuzda və dünyada baş verən olaylardan da aydın şəkildə dərk edirik ki, harada dinlə dövlət iç-içə girib, hansının yerinin harada olduğu bəlli deyil, həmin ünvanlarda ciddi problemlər var, dövlətlər dağılır və bundan da əziyyət çəkən milyonlar olur.
Azərbaycan da dünyəvi dövlətdir. Din də Azərbaycanda dövlətdən ayrıdır. Dövlət də dini işlərə qarışmadığını bəyan edib, hətta gərəkəndən də artıq şəkildə dinə dövlət dəstəyi görünür. Belə olan təqdirdə hansı təriqətdən, məzhəbdən olmasından asılı olmayaraq “dinin” də öz yerini bilməsi... daha gərəkənidir. Yəni dövlət necə dinə qarışmır, dözlət işi olan siyasət də dindarları narahat etməməlidir.