Rus polisi anbara basqın edib işçiləri məcbur hərbiyə apardı

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, reyd zamanı təhlükəsizlik qüvvələri Elektrostal Çeşidləmə Mərkəzinin əməkdaşlarına hərbi komissarlığa çağırış vərəqələri verib.
Rusiya Qvardiyasının nümayəndələri Rusiyada qeyri-qanuni olan işçilər, eləcə də bu yaxınlarda Rusiya vətəndaşlığını qəbul edən və hərbi qeydiyyatdan keçməyənləri üzə çıxararaq onları avtobuslara mindirərək hərbi komissarlığa aparıb.