Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yaydı - YENİLƏNİB  
Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.


Məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

xxx

12:23

Xocavənddə mina partlayışı baş verib.

Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır.
Geri qayıt