Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? - VİDEO

Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? - VİDEO  
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının “İmkan edib, təzə meyvələrdən ala bilmədim” açıqlamasına ironik yanaşıb.

Oxu.Az-ın məlumatına görə, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: “Bentley” alırsan? Neçəyədir? 250 min? Yaxşı, al” desə də, bir digər zəngdə isə “başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər”, - deyərək lağa qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

<iframe src='https://player.baku.tv/embed/56311' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>
Geri qayıt