Cavid Qurbanov faktları necə manipulyasiya edib? - ARAŞDIRMA

Cavid Qurbanov faktları necə manipulyasiya edib? - ARAŞDIRMA "Report"un yazdığına görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun keçmiş sovet ölkələri arasında lider olduğunu deyib:

"Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə birincidir”.

"Fakt Yoxla” Cavid Qurbanovun dediklərinin doğru olub-olmadığını yoxlayıb.

"ADY” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş Sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.

Cavid Qurbanovun səhmdar cəmiyyətin sədri təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun 29,6 mln. frankı (61,6%-i) "ADY” QSC-nin payına düşüb. 2014-cü ildə bu göstərici 41,4 % olub.

Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor borclarını tam olaraq ödəyib. Sonrakı illər ərzində borc gösəricisi aşağıdakı cədvəldə olduğu kimi, dəyişib.

ümumi borc "ADY”QSC-nin borcu "ADY”QSC-nin borcu (%-lə)
33,3 13,8 41,4
48 29,6 61,6
36,7 23,9 65,1
20,8 9,1 43,8
4,8 0 0
8,2 0 0
MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurası
(mln. İsveçrə frankı)

il
2014
2015
2016
2017
2018
2019


2019-cu ilin ilk 9 ayı ərzində Şuraya üzv olan dövlətlərin dəmir yolu administrasiyaları 1,5 mlrd. ton yük daşıyıb. Bu öhdəliyin 19,6 %-i "ADY” QSC-nin üzərinə düşüb. Hesabatda qeyd olunur ki, ötən illə müqayisədə Azərbaycanda yüklərin yüklənməsi normasında 8% azalma qeydə alınıb.

%
+8,7
+9,4
+24
+17,1
+20,5
+19,6
"Azərbaycan Dəmir Yolları” QSC
Yüklərin yüklənməsi

il
2014
2015
2016
2017
2018
2019


Azərbaycan üzrə sərnişin qatarlarının hərəkət qrafikində ən çox geriləmə 4,9% olmaqla 2014-cü ildə qeydə alınıb. 2015-ci ildə bu qatarların yola çıxışında 2,2 %, yolda hərəkətində 0,6% və çatma qrafikində 6,4% geriləmə baş verib.

2019-cu ilin ilk doqquz ayı ərzində Şura üzvü olan dəmir yolu qurumları 12,4 mln. sərnişin daşıyıb. Amma bu göstəriciyə Ermənistan və Türkmənistan üzrə sərnişin daşımaları daxil deyil.

Bu il "ADY” QSC Şura qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Amma bu Azərbaycanın 1-ci yerdə oması mənasına gəlmir. Misal üçün, bu il Azərbaycan üzrə yüklərin yüklənməsi göstəricisi 19,6%, Türkmənistan üzrə 37,6% olub. Hesabatda Azərbaycanın bu öhdəliyi yerinə yetirməkdə 8 % gerilədiyi qeyd olunur.

Bununla belə, Şura görülən işlərə dair reytinq açıqlamır. Ölkələr qarşısında qarşılıqlı razılaşma əsasında həyata keçirilən yükləmələr və daşımalarla bağlı öhdəliklər qoyulur və protokollarda dəmir yolu administrasiyalarının bu öhdəliklərə nə dərəcədə əməl etdiyi qeyd edilir.

"Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Cavid Qurbanovun açıqlaması faktlarla manipulyasiyadır.
Geri qayıt