Lukaşenko Moskvaya yola düşdü

Bu barədə BELTA agentliyi məlumat yayıb.
Belarus liderini səfərdə respublika tarixində ilk qadın kosmonavt Marina Vasilevskaya müşayiət edir. Bundan əvvəl Lukaşenkonun mətbuat xidməti aprelin 11-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlamışdı.
Aprelin 12-də iki ölkə liderlərinin Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirakı planlaşdırılır.