"Top Ermənistanın qapısındadır" - Prezidentin köməkçisi

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.
Regionda kommunikasiya xətlərinin bağlı qalmasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayan Hikmət Hacıyev deyib: “Azərbaycanın və qardaş Türkiyənin qənaəti həmişə bundan ibarət olub ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə, qardaş ölkə onun üçün sərhədləri aça bilər. Ermənistan regionda müsbət siyasət yürüdəcəyi halda bu, mümkündür. Azərbaycan və Türkiyə paralel qaydada münasibətlərin normallaşmasını hər zaman dəstəkləyib. Ermənistan regionun potensialını dəyərləndirməyi bacarmalıdır”.