İlham Əliyev Özbəkistana səfərə yollandı
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılaşıblar.


