Niyə məhz silah daşımaq vasitəsilə pul qazanmağı düşünüblər?

Niyə məhz silah daşımaq vasitəsilə pul qazanmağı düşünüblər? AXCP sədri Əli Kərimli Azərbaycanın dövlət aviasiya şirkəti olan Silk Way Airlinesin diplomatik reyslər adı altında silahlı münaqişə zonalarına silah çatdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Əli Kərimli feysbuk hesabında yazır:

“Niyə məhz silah daşımaq vasitəsilə pul qazanmağı düşünüblər? Bilə-bilə ki, bu silahlar terrorçuların əlinə düşür, silahın təyinatı qan tökməkdir, adam öldürməkdir, ancaq girişiblər bu cinayətkar biznesə.

Nədir, məgər neft, qızıl yataqları, banklar, ticarət şəbəkələri, otel kompleksləri, turizm mərkəzləri, saysız-hesabsız şirkətlər və holdinqlər bəs etmirdi, gərək kriminal silah daşımaçılığına da girəydiniz? Kim idi o, “bunlar yeyib, doyub” deyən?”
Geri qayıt