Ceyhun Bayramov Nyu-Yorkda Abdullahianla görüşdü - FOTOLAR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüş zamanı nazirlər ikitərəfli münasibətlər və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Bayramov Qarabağın erməni sakinlərinin reinteqrasiya və qeyri-qanuni erməni birləşmələrinin tərksilahı prosesini Abdullahianın diqqətinə çatdırıb.


