Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək - Sabah

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək - Sabah Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
İclasın gündəliyinə 16 məsələ daxildir.
İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuşda, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.
Bundan başqa, "Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və.s qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.
Geri qayıt