Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki son durumu müzakirə ETDİ - YENİLƏNİB

Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki son durumu müzakirə ETDİ - YENİLƏNİB
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.

Nazirlikdə bildirilib ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.

xxx

09:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər regiondakı son durumu müzakirə ediblər.
Geri qayıt